“Monza”nın yarımmüdafiəçisi Daniel Maldini A Seriyasının bir sıra yüksək səviyyəli klublarının marağındadır.
Apasport.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
23 yaşlı futbolçunun transferinə bir sıra klublarla yanaşı, onun keçmiş komandası “Milan” da maraq göstərir.
Maldininin “Monza” ilə müqaviləsində 2025-ci ilin iyulunda qüvvəyə minəcək və yalnız ayın sonuna qədər davam edəcək 12 milyon avro dəyərində sərbəst qalma bəndi var.
Məşhur sabiq futbolçu Paolo Maldininin oğlu A Seriyasında bu mövsüm 11 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə verib. O, oktyabr ayında İtaliya millisində debüt edib.
- Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub: "Dubay Marafonu" - FOTO
- “Qəbələ”də 4 İTKİ
- Kristian Avram: "Araz-Naxçıvan" rəqibdən asılı olmayaraq həmişə qələbəyə köklənir" - Müsahibə
- Krakov-2023: Millimiz qrup sonuncusu oldu - YENİLƏNİB
- Darmadağın məğlubiyyətdən sonra erməni baş məşqçi ilə yollar ayrıldı