“Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az saytı xəbər verir ki, Niderland klubu "Mançester Siti"nin gənclər komandasının bombardiri Karlos Borxeslə müqavilə imzalayıb.
19 yaşlı yarımmüdafiəçinin transferi rotterdamlılara 17 milyon funt-sterlinqə başa gəlib. Müqavilədə yer alan bəndə əsasən “şəhərlilər” oyunçunu geri almaq hüququnu özlərində saxlayıblar.
Qeyd edək ki, Borxes ötən mövsüm İngiltərə gənclər çempionatında 24 oyun keçirib, 21 qol vurub və 11 məhsuldar ötürmə verib. Gənc portuqaliyalı UEFA Gənclər Liqasında 6 (4 qol və 6 məhsuldar ötürmə), İngiltərə Futbol Liqası kuboku uğrunda turnirdə isə 3 matçda (4 qol və 1 assist) iştirak edib.
- Cüdo üzrəAzərbaycan birinciliyi başa çatıb – komanda yarışlarının qalibləri müəyyənləşib
- Krakov-2023: Nigar 30-cu yeri tutdu - FOTOLENT
- Şahin Diniyev: "2023/2024 mövsümündə iddialı "Səbail" yaratdıq" - Müsahibə
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura yekun vurulacaq
- Qruplar bilinir - AVRO-2024-də