“Mançester Siti”nin hücumçusu Qabriel Jezuş yayda komandasını dəyişməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü “Arsenal”a keçməyə çox yaxındır.
“Şəhərlilər” 25 yaşlı forvardı qarşı tərəfə 55 milyon funt sterlinqə satmağa razıdır. Rəhbərlik bununla Dortmund “Borussiya”sından transfer edilən Erlinq Haland üçün ödənilən məbləği kompensasiya etməyə çalışır. Lakin London təmsilçisi bu qədər məbləğ ödəməyə hazır deyil. “Topçular” Premyer Liqanın liderinin qiymət endiriminə ümid edir.
Qeyd edək ki, Qabriel Jezuş bu mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 13 qol vurub, 12 məhsuldar ötürmə verib.
- Qurban Qurbanov 2024-cü ilin ən yaxşı məşqçisi seçildi
- Dünya çempionu Hidayət Heydərov vətənə qayıdıb - FOTO
- Ukrayna tarixinin “11-liy”i: “Neftçi” və “Şamaxı”nın sabiq baş məşqçiləri də heyətdə
- "Milan" danimarkalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir
- “Neftçi”nin digər məşqçilərlə danışığı niyə uğurlu alınmayıb?