“Mançester Siti” Uolkerə yeni müqavilə göndərdi
26.06.2023 - 22:56
“Mançester Siti” Kayl Uolkerin komandada qalmasına çalışır.
Apasport.az-ın məlumatına görə, “şəhərlilər” təcrübəli müdafiəçiyə yeni müqavilə təklif edib.
Uolkerin “şəhərlilər”lə müqaviləsi gələn ilin iyununda bitəcək. “Bavariya”dan sərfəli təklif alan müdafiəçi karyerasını Almaniyada davam etdirməyi arzulayır. Klub 33 yaşlı futbolçunun agentinə yeni müqavəlini detallarını təqdim edərək, onun razılığını almağa çalışır.
Qeyd edək ki, 2022/23 mövsümündə Uolker “Mançester Siti”nin heyətində bütün turnirlərdə 38 matçda meydana çıxıb.
- “Fehervar”ın kapitanı: “Qəbələ” oyunu kobud şəkildə pozmağa çalışırdı”
- Jorj Kaşkilya: “Bu sualla baş məşqçiyə qarşı hörmətsizlik edirsiz”
- “Neftçi” mövqeyini möhkəmlətdi, “Zirə” 4-cü pilləyə yüksəldi - YENİLƏNİB
- “Misli” ilə PFL arasında sponsorluq müqaviləsi imzalandı
- Pepe dünya futbol tarixinə düşdü
0
0