“Mançester Yunayted” onunla danışıqlara başladı
17.04.2023 - 12:01
“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” “Monako”dan 25 yaşlı müdafiəçi Aksel Disasini almaq üçün danışıqlara başlayıb.
Fransa klubu müqaviləsi 2025-ci ildə bitəcək Disasinin yayda satılmasına qarşı deyil. “Transfermarkt” saytı futbolçunun qiymətini 25 milyon avro olaraq açıqlayıb.
Qeyd edək ki, 2020-ci ildən “Monako”nun şərəfini qoruyan Aksel Disasi bu mövsüm 42 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- “İmişli”dən bəyanat: “Bu gün bizim uğurumuza sevinə bilməyənlər…”
- Estoniya millisinin baş məşqçisi: “Azərbaycanla matçda xallarımızı qazanmağa çalışacağıq”
- Kaxaber Tsxadadze: "Bizi "Kəpəz"lə ilin oyunu gözləyir"
- "Qarabağ"la matç öncəsi "Tottenhem"də ciddi itkilər
- “Fənərbaxça” Ferdinin yerinə onu düşünür
0
0