“Mançester Yunayted” satılır
05.09.2022 - 10:57
“Mançester Yunayted” klubu tezliklə sahibini dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, Qleyzerlər ailəsi İngiltərə klubunu satmağa razılıq verib.
ABŞ-da olan milyarderlər Premyer Liqa təmsilçisinə qiymət də qoyub. Qleyzerlər klub üçün 3,75 milyard funt sterlinq istəyir.
Böyük Britaniyanın ən zəngin adamı Cim Ratkliffin bu qiymətlə razılaşıb-razılaşmayacağı bəlli deyil. “Mançester Yunayted” azarkeşi olan milyarder neçə vaxtdır sevimli klubuna sahib çıxmaq niyyətindədir.
Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqanın 6 turunda 12 xal toplayıb.
- “Dinamo” “Qarabağ”la görüşlər üçün iştirak ərizəsini UEFA-ya göndərib
- Messi həyat yoldaşından ayrılır – Aquero ilə tez-tez bara getdiyi üçün
- Taekvondo üzrə ölkə çempionatı keçiriləcək
- Federasiya rəhbərliyi mundial öncəsi Azərbaycan millisi ilə görüşdü
- Levandovski gələn il futbolçu karyerasını başa vura bilər
0
0