Mane La Liqa klubuna keçə bilər
15.05.2024 - 13:56
İngilərə Premyer Liqa təmsilçilərindən "Liverpul"un sabiq hücumçusu Sadio Mane İspaniyaya keçə bilər.
Apasport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, "Jirona" 32 yaşlı seneqallı ilə müqavilə imzalamaqda maraqlıdır.
Hazırda Mane “Əl-Nəsr” klubunda çıxış edir. Tərəflər arasında müqavilə 2026-cı ilin yayında başa çatacaq.
“Transfermarkt” portalı Manenin dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, oyunçu cari mövsümdə iştirak etdiyi 42 oyunda 19 qol vurub və 11 məhsuldar ötürmə edib.
- Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu
- "Araz-Naxçıvan" "get" deyir, "Zirə" "gəl" - Portuqaliyalı qərar verməlidir
- Didye Deşam: "Azərbaycanın heyətində “Qarabağ”ın 7 futbolçusu var"
- Gimnastımız Dünya kubokunda gümüş medal qazanıb
- Millimiz yarımfinalda - YENİLƏNİB
0
0