Mauro İkardi karyera rekordunu yeniləyib
16.04.2024 - 09:31
Türkiyə Super Liqasının 32-ci həftəsində "Qalatasaray" səfərdə "Alanyaspor"un qonağı olub.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" Barış Alper Yılmaz (2), Hakim Ziyeç və Mauro İkardinin qolları ilə qalib gəlib. Bu nəticə ilə "Qalatasaray" 87 xalla liderliyini qoruyub.
İkardi "Alanyaspor"a vurduğu qolla karyera rekordunu qırıb. 31 yaşlı hücumçu bu mövsüm 37 qola töhfə verib, 2014-2015 mövsümündə vurduğu 36 qol göstəricisini ötüb.
Super Liqada bir mövsümdə qola ən çox töhfə verən futbolçu "Fənərbaxça" əfsanəsi Aleks de Souza olub. O, 2010-2011 mövsümündə 44 qolla rekord qırıb.
- Reqilon “Tottenhem”ə QAYITDI
- Tiaqo Alkantara karyerasını başa vurdu
- Millimizin baş məşqçisi: "Hədəfimiz dünya çempionatının finalına vəsiqə qazanmaqdır"
- İslamiadada Azərbaycanı təmsil etmiş idmançı dopinqdə yaxalandı
- Rövnəq Abdullayevin səhhətində problem yarandı - İcraiyyə Komitəsinin iclası təxirə salındı
0
0