Reqilon “Tottenhem”ə QAYITDI
04.01.2024 - 17:29
Cinah müdafiəçisi Serxio Reqilon "Mançester Yunayted"dəki icarə müddətini erkən bitirib.
Apasport.az xəbər verir ki, “Tottenhem”in rəsmi saytında futbolçunun komandaya qayıtdığı açıqlanıb.
Qeyd edək ki, Reqilon mövsümün sonuna kimi “Mançester Yunayted”ə icarəyə verilib, lakin klub müqaviləyə yanvarda icarəyə xitam vermək variantını daxil edib. Mankunianlar bu fürsətdən yararlanaraq Reqilonu vaxtından əvvəl "Tottenhem"ə qaytarıb.
Serxio bu mövsüm İngiltərə Premyer Liqasında 9 oyun keçirib, fərqlənə bilməyib.
- Emre Belözoğlunun istefa bəyanatı
- Milli komandalarımız Qızıl Avropa Liqasında mübarizəyə başlayır
- Regekampf: "Bu cür səhvlər etsək, onlar bizi bağışlamayacaq"
- Selçuk İnan etiraz etdi: ehtiyat oyunçuları meydanı tərk etdi - VİDEO
- Qurban Qurbanov: “Viktoriya”nın yalnız qapanacağını düşünmək yanlış olar”
0
0