
Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatının seçmə mərhələsində Paraqvay yığmasına səfərdə 1:2 hesabı ilə məğlub olduqları oyun zamanı baş hakim Anderson Daronkonu təhqir edib.
Apasport.az xəbər verir ki, 37 yaşlı hücumçu qayda pozuntusundan sonra rəqib futbolçunun cəzalandırılmasını tələb etsə də, hakim fərqli qərar verib.
Qərarla razılaşmayan Messi referiyə bunları deyib: “Özünü pis aparırsan, mən səni sevmirəm".
Qeyd edək ki, qrup mərhələsində 11 turdan sonra 22 xal toplayan Argentina seçməsi turnir cədvəlinə başçılıq edir. Paraqvay yığması isə 16 xalla altıncıdır.
- Şahin Diniyev: "İndi desəm ki, üçüncü yeri istəyirik..."
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
- Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirilir
- Nuno Eşpirito Santos istefaya göndərildi
- Rüfət Abdullazadə: “Buna inansaq, sonuncu pillədən qurtulacağıq”