Messinin debüt tarixi müəyyənləşdi
20.06.2023 - 23:26
![Messinin debüt tarixi müəyyənləşdi](https://ww3.apasport.az/storage/news/2023/june/20/big/6491fa9d6419a6491fa9d6419b16872884776491fa9d641986491fa9d64199.jpg)
Lionel Messinin “İnter Mayami”də debüt edəcəyi tarix bəlli olub.
Apasport.az saytı xəbər verir ki, argentinalı ulduz iyulun 21-də yeni komandasının heyətində meydana çıxacaq.
Bu barədə məlumatı klubun prezidenti Xorxe Mas verib. O, bilet tələbatı üzündən stadionda oturacaqların sayının artırılacağını da bildirib: “Stadionun künclərinə oturacaqlar əlavə olunacaq. Tələbat üzündən yaxın dörd həftə ərzində arenanın tutumu 3 min artırılacaq”.
Qeyd edək ki, Messinin debütü Liqa kubokunda “Krus Asul”la oyuna debüt edəcək.
0
0