"Messiyə "açıq çek" verərəm, yetər ki gəlsin"
14.01.2026 - 13:32
"Messiyə "açıq çek" verərəm, yetər ki gəlsin"

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun prezidenti Ənmar Əl-Xayli “İnter Mayami”nin hücumçusu Lionel Messini nəyin bahasına olursa olsun transfer etməyə hazır olduğunu bildirib.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı ulduzun transferi barədə bunları söyləyib:

“Messi “Əl-İttihad”a keçməyə hazırdırsa, ona istədiyi məbləğdə pul qazana biləcəyi bir müqavilə təklif edəcəm. İstənilən müddətə – hətta ömürlük belə. Mənim üçün pulun əhəmiyyəti yoxdur, sadəcə tarixin ən böyük futbolçusu Messini transfer etmək istəyirəm”.

Argentinalı futbolçu payızda “İnter Mayami” ilə müqaviləsinin müddətini 2028-ci ilin sonuna qədər uzadıb.

Qeyd edək ki, Messi 2023-cü ilin yayından bəri “İnter Mayami”də oynayır.