Meydanı yarımçıq tərk etdi və...
19.10.2022 - 11:47
![Meydanı yarımçıq tərk etdi və...](https://ww3.apasport.az/storage/news/2022/october/19/big/634fabb5e49f1634fabb5e49f21666165685634fabb5e49ef634fabb5e49f0.jpg)
“Atletiko”nun futbolçusu Toma Lemar zədələnib.
Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi La Liqanın X turunun “Rayo Valyekano” ilə oyununda (1:1) xəsarət alıb.
O, matçın 40-cı dəqiqəsində oyunu davam etdirə bilmədiyindən əvəzlənib. Lemarin durumuna müayinələrdən sonra tam aydınlıq gələcək.
Qeyd edək ki, Toma mövsümün 9 oyununda 1 assistə imza atıb.
0
0