“Milan”da ayrılıq
29.04.2024 - 19:03
![“Milan”da ayrılıq](https://ww3.apasport.az/storage/news/2024/april/29/big/662faef2cea9a662faef2cea9b1714401010662faef2cea96662faef2cea98.jpg)
İtaliya A seriyası təmsilçilərindən “Milan”ın danimarkalı futbolçusu Simon Kayer yeni mövsümdə klubdan ayrılacaq.
Apasport.az xəbər verir ki, Kayerin meneceri futbolçunun yeni mövsümdən etibarən “Milan”da olmayacağını bildirib.
O bu barədə Danimarka mətbuatına açıqlama verib.
Mövsümün sonunda müqaviləsi bitən 35 yaşlı oyunçu "Milan"la yeni müqavilə imzalamayacaq.
Bu mövsüm bütün turnirlər daxil olmaqla “Milan” formasıyla 24 oyuna çıxan Kayer 2021-2022-ci il mövsümündə İtaliya klubu ilə A seriyası çempionluğunu qazanıb.
0
0