“Milan”da yeni müqavilə
03.03.2025 - 23:25
İtaliya A Seriyası komandalarından “Milan” yarımmüdafiəçi Tijjani Reynderslə yeni müqavilə barəsində razılığa gəlib.
Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu İtaliya təmsilçisi ilə müqavilə müddətini 2030-cu ilə qədər uzadıb.
Bu barədə "rossonyerilər"in mətbuat xidməti məlumat yayıb.
Tijjani Reynders "Milan"a nə vaxt transfer olundu?
Xatırladaq ki, Reynders 2023-cü ildə "Alkmaar"dan "Milan"a 20,5 milyon avroya transfer olunmuşdu.
Reyndersin bu mövsümkü statistikası
Qeyd edək ki, niderlandlı oyunçu Milan təmsilçisinin heyətində iştirak etdiyi 40 rəsmi matçda 12 qol, 3 assistlə yadda qalıb.
- Millimiz Avropa çempionatına hazırlığını başa vurub
- “Fənər”in forvardı zədələnib
- Maksim Medvedev: “Favorit onları görürəm, amma İspaniyaya azarkeşlik edəcəyəm”
- XXIX beynəlxalq memorialda sonuncu yarış gününün nəticələri açıqlanıb
- Dünya çempionatında iştirak edəcək cüdoçularımızın siyahısı müəyyənləşib
0
0