Milli komandada yeni müqavilə
28.12.2022 - 16:57
![Milli komandada yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2022/december/28/big/63ac3d5e4649563ac3d5e46496167223228663ac3d5e4649163ac3d5e46493.jpg)
Yaponiya millisinin baş məşqçisi Hadzime Moriyasunun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, mütəxəssislə müqavilə uzadılıb.
Asiya ölkəsinin futbol assosiasiyası onunla 4 illik anlaşıb. Moriyasu 2026-cı ilin yayına qədər millini çalışdıracaq. O, komandanı DÇ-2026-ya hazırlayacaq.
Qeyd edək ki, Yaponiya DÇ-2022-də 1/8 finala qədər irəliləyib.
0
0