Millimizi yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
04.03.2024 - 16:56
![Millimizi yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi](https://ww3.apasport.az/storage/news/2024/march/04/big/65e5c47c797f065e5c47c797f1170955686065e5c47c797ee65e5c47c797ef.jpg)
Futbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” turnirinə Arif Əsədovun rəhbərliyi altında çıxacaq.
Apasport.az AFFA-ya istinadla xəbər verir ki, Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar.
Qeyd edək ki, Azərbaycan milli komandası martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək
0
0