Millinin futbolçusu “Sent-Etyen”dən gedir
22.06.2022 - 22:36
“Sent-Etyen”in və Tunis millisinin futbolçusu Vahbi Xazri komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, afrikalı futbolçunun klubu “Monpelye” ilə danışıqlar aparır.
31 yaşlı hücumameylli futbolçu da komandasını dəyişməyə razıdır. Amma transferin baş tutması üçün “Monpelye”nin hücumçularından birinin komandanı tərk etməsi vacibdir. Stefi Mavididinin də klubla vidalaşacağı gözlənilir.
Qeyd edək ki, “Sent-Etyen” pley-offda “Oser”ə uduzaraq aşağı dəstəyə yuvarlanıb.
- Qurban Qurbanov: "Millinin yeni baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq”
- Domeniko Tedesko: "Müqavilənin uzadılması ilə bağlı danışıqlar aparırdıq..."
- “Ximki” Ayaz Quliyevə görə “Neftçi”yə qiymət “oxudu” - 700 min avro
- Azərbaycan çempionatının tarixi bəlli oldu
- Messi, Ronaldinyo və Buffon “sülh matçı”nda iştirak edəcək
0
0