“Monako”nun hücumçusu “Barselona”nın transfer siyahısında
31.05.2022 - 23:29
![“Monako”nun hücumçusu “Barselona”nın transfer siyahısında](https://ww3.apasport.az/storage/news/2022/may/31/big/6295e074382dc6295e074382dd16539894926295e074382d86295e074382da.jpg)
“Barselona”nın transfer siyahısında yer alan daha bir hücumçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Vissam Ben-Yedderi heyətinə qatmaq niyyətindədir.
“Monako”nun 31 yaşlı forvardı gələcək karyerası ilə bağlı qəti qərar verməyib. 2019-cu ildən “Knyazlıq klubu”nda çıxış edən Vissam aldığı təkliflər arasında seçim etməyib.
Qeyd edək ki, əvvəl “Tuluza” və “Sevilya”da oynamış hücumçu kapitanı olduğu “Monako”da ötən mövsüm 52 matçda 32 qol vurub.
0
0