Mourinyo istədi, Perez alır: Konate "Real" yolunda
04.06.2026 - 08:53
"Real Madrid" İbrahima Konateni yaxın günlərdə rəsmən heyətinə qatacaq.
Bu barədə "The Athletic" məlumat yayıb.
Nəşrin xəbərinə görə, Madrid klubunun prezidenti Florentino Perez bu transferin baş tutacağını təsdiqləyib. O, bu cümə axşamı sabiq "Liverpul" müdafiəçisinin azad agent kimi transfer olunduğunu rəsmi şəkildə elan edəcək.
Klubun baş məşqçi postu üçün razılaşdığı Joze Mourinyonun da Konate transferində maraqlı olduğu bildirilib.
Fransalı futbolçu ötən mövsüm Premyer Liqada 36 oyuna çıxıb və 1 qol vurub.
0
0