İsveçrə millisinin baş məşqçisi Murat Yakın DÇ-2026-nın 1/4 finalında Argentina ilə oynayacaqları matç barədə danışıb.
Apasport.az xəbər verir ki, mütəxəssis rəqibə hörmət etdiklərini, amma Argentinanın məğlubedilməz olmadığını bildirib.
“Dünya çempionuna qarşı oynayacağıq. Argentinaya hörmətimiz var, amma son iki matçda onların zəif tərəflərini gördük. Onlara meydan oxuya biləcək, keçəcək gücə sahibik”, - deyə Yakın bildirib.
Yakın həmçinin İsveçrənin Cənubi Amerika komandalarına qarşı oynamağı yaxşı bildiyini vurğulayıb:
“Argentina məğlubedilməz deyil. Ancaq qələbə üçün meydana çıxacağıq. Cənubi Amerika komandalarını yaxşı tanıyıram”.
Qeyd edək ki, Argentina - İsveçrə oyunu 12 iyul tarixində Bakı vaxtı ilə saat 05:00-da keçiriləcək.
- “Kəpəz”in kapitanı: “Adil Şükürovun gəlişi ilə daha yaxşı oynamağa başlamışıq” - Müsahibə
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
- ÇSKA 19 yaşlı əlcəzirli ilə anlaşdı
- "Real Madrid" futbolçusunu İtaliyaya sata bilər
- "Şerif" – "Partizan" oyunu təhlükəsizliyə görə azarkeşsiz keçiriləcək