Mustafa Alper Avcı: “Biz meydanda qalmaq istədik"
09.02.2025 - 22:45
Mustafa Alper Avcı: “Biz meydanda qalmaq istədik"

Türkiyə Super Liqasında XXIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, "Adana Dəmirspor" səfərdə "Qalatasaray" ilə qarşılaşıb.

Ev sahibləri hesabda 1:0 öndə olarkən, qonaqlar 33-cü dəqiqədə meydanı tərk ediblər.

"Adana Dəmirspor" baş məşqçisi Mustafa Alper Avcı bununla bağlı açıqlama verib.

Təcrübəli mütəxəssis bu qərarın ondan qaynaqlanmadığını bildirib:

"Penaltidən sonra meydandan çıxmağımızı prezidentimiz istədi. Biz meydanda qalmaq istədik".

Qeyd edək ki, "Adana Dəmirspor" 33-cü dəqiqədə meydandan çəkilib. Həmin vaxt hesab 1:0 "Qalatasaray"ın xeyrinə olub.