"Napoli"nin futbolçusu Viktor Osimhenin transfer qiyməti açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, klubun prezidenti Aurelio De Laurentis nigeriyalı hücumçuya 500 milyon avro qiymət qoyub.
O bildirib ki, Osimhen üçün məhz bu məbləği təklif etsələr, bu haqda düşünəcəklər: “Ərəblər 200 milyon avroya yalnız onun bir ayağını ala bilərlər. Yəqin ki, gələn il onlar 500 milyon təklif edəcəklər və biz təklifinizi nəzərdən keçirəcəyik. Amma təkrar edirəm - nəzərdən keçirəcəyik”.
Qeyd edək ki, bu mövsüm 3 matçda 3 qolla yadda qalan Osimhenin xidmətində Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu maraqlıdır.
- Dünya çempionatına yollanacaq güləşçilərimiz bəlli olub
- DÇ-2026 ona düşərli oldu: İzləyici sayı milyonları keçdi
- Premyer Liqa: “Bornmut”dan darmadağın, “Liverpul”dan parlaq qələbə
- Təmsilçilərimiz Çexiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
- Hakimləri çaşbaş qoyan Nadia Komaneçi: Mükəmməlliyin sinonimi