"Napoli" Spinazzolanı heyətinə qatıb
10.07.2024 - 16:05
İtaliyalı futbolçu Leonardo Spinazzola “Napoli”yə keçib.
Apasport.az xəbər verir ki, futbolçu yeni klubuna azad agent qismində qoşulub.
31 yaşlı müdafiəçi 2019-cu ildən “Roma”nın heyətində idi. Onun müqaviləsi ötən sezonun sonunda bitib.
Qeyd edək ki, Spinazzola keçən mövsüm “Roma” forması ilə 36 oyuna çıxıb. O,bu qarşılaşmalarda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.
- Boksçularımız Monteneqroda beynəlxalq turnirdə mübarizə aparacaq
- “Rusiya Premyer Liqası ilə yalnız “Qarabağ”ı müqayisə etmək olar” – MÜSAHİBƏ
- Mundialda yarımfinal matçlarının VAXTI
- "Lənkəran"ın baş məşqçisi: "Quba" ilə matçlar həmişə çətin keçir"
- Şəkidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
0
0