"Napoli"nin yeni hücumçu hədəfi müəyyənləşib
17.04.2024 - 22:45
Hücumçu Conatan Devidin "Lill"dən "Napoli"yə keçmək şansı var.
Apasport.az xəbər verir ki, İtaliya klubu artıq transfer üzərində işləyir.
Neapollular futbolçunu komandanı tərk edə biləcək Viktor Osimhenin mümkün əvəzləyicisi kimi görürlər.
Devidin artıq keçidə razılıq verdiyi bildirilir. "Napoli" oyunçu üçün 35 milyon avro və oyunçunun performansına görə müəyyən edilən bonuslar təklif edib, lakin "Lill" ən azı 50 milyon avro qazanmaq istəyir.
Devid bu mövsüm bütün turnirlərdə 40 matçda 23 dəfə qolla fərqlənməyi bacarıb.
- Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
- Emreli Sloveniya komandasına qarşı start heyətdə oynadı
- Fərid Qayıbov Qırğızıstan səfirini qəbul etdi
- Qiyməti ən az, dəyəri ən böyük - "Qarabağ"ın ÇL-də heyət müqayisəsi
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
0
0