“Qalatasaray”ın futbolçusu Tanquy Ndombele insidentə səbəb olub.
Apasport.az xəbər verir ki, İstanbul klubunun “Tottenhem”dən icarəyə götürdüyü 26 yaşlı yarımmüdafiəçi baş məşqçi Okan Burukun qəzəbinə tuş gəlib.
Məsələ burasındadır ki, “sarı-qırmızı”lı klubun son turda “Rizəspor”la matçından öncə fransız futbolçu komandanın qaldığı otelə qamburger sifariş edib. Onsuz da artıq çəki problemi yaşayan futbolçunun bu hərəkətini Okan Buruk etirazla qarşılayıb. Məşqçiyə cavab qaytardığı iddia olunan Ndombelenin hətta onunla mübahisə etdiyi də bildirilir. İcarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulan və illik 3,1 milyon avro maaş alan oyunçunun qışda göndəriləcəyi bildirilir.
Qeyd edək ki, bu mövsüm Türkiyə Super Liqasında 4 matçda 93 dəqiqə meydanda olan Ndombele Çempionlar Liqasının 3 matçında isə cəmi 30 dəqiqə meydanda olub.
- Türkiyə avarçəkəni: "Hədəfim 1000 metr məsafəyə yarışda birinci olmaqdır”
- Tokio Olimpiadasının mükafatçısı AGF-də koordinator olub
- “Turan Tovuz”un müdafiəçisi: "Kurban Berdıyev çox sərtdir"
- Ramin Quliyev: "Heç kim Premyer Liqadan düşməsin, əksinə, klubların sayı artsın" - MÜSAHİBƏ
- “Liverpul” yeni məşqçisini tapdı – Slot gedir