Nelsona 10 milyonluq təklif
17.01.2024 - 10:59
![Nelsona 10 milyonluq təklif](https://ww3.apasport.az/storage/news/2024/january/17/big/65a76ce83b0dc65a76ce83b0dd170547120865a76ce83b0da65a76ce83b0db.jpg)
"Qalatasaray"ın müdafiəçisi karyerasını İtaliya klubunda davam etdirə bilər.
Apasport.az "fotomaç"a istinadla xəbər verir ki, "Napoli" Viktor Nelsonu transfer etmək istəyir.
İtaliya təmsilçisi 25 yaşlı futbolçu üçün "sarı-qırmızılar"a 10 milyon avro təklif edib.
Mənbənin məlumatına görə, tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, danimarkalı futbolçu Super Liqada 15 oyuna çıxıb, 1 qolla yadda qalıb.
0
0