Neymar Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzaladı
14.08.2023 - 11:55
![Neymar Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzaladı](https://ww3.apasport.az/storage/news/2023/august/14/big/64d9de210bdf164d9de210bdf2169199977764d9de210bdef64d9de210bdf0.jpg)
Neymar karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, Braziliya millisinin və PSJ-nin hücumçusu “Əl-Hilal”la müqavilə imzalayıb.
Asiyalılar onun üçün 90 milyon avro ödəyəcək. Neymar 2026-cı ilədək müqavilə imzalayacaq.
Qeyd edək ki, Neymar ötən mövsüm 29 matçda 18 qol vurub.
0
0