Nkunku “Çelsi”ylə anlaşdı
03.10.2022 - 09:41
“Leypsiq”in futbolçusu Kristofer Nkunku “Çelsi”yə keçəcək.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu İngiltərə klubu ilə anlaşıb.
Tərəflər 2028-ci ilədək müqavilənin şərtlərini razılaşdırıb. Keçidin baş tutması üçün iki klub arasında anlaşma əldə olunmalıdır.
Fransalı Almaniya klubu ilə müqaviləsini bu yay uzadıb. O, 2026-cı ilədək Bundesliqa təmsilçisinə məxsus olacaq.
Qeyd edək ki, Nkunku cari mövsümün 11 oyununda 6 qol vurub.
- “Qarabağ”dan israilli futbolçuya 800 min avroluq təklif
- "Neftçi"nin legioneri media nümayəndələri ilə görüşəcək
- Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə finala yüksəliblər
- Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ
- UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı: "Braqa" ilə görüşü buraxacaq
0
0