“Nottingem Forest”də ayrılıq - Vitor Pereyra göndərildi
02.07.2026 - 21:56
“Nottingem Forest”də ayrılıq - Vitor Pereyra göndərildi

“Nottingem Forest” baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi portuqaliyalı mütəxəssisin ayrılığını rəsmən açıqlayıb.

Klubun yeni baş məşqçisinin kim olacağı hələlik bilinmir.

Qeyd edək ki, Vitor Pereyra “Nottingem Forest”ə 2025-ci ildə baş məşqçi təyin olunmuşdu.