UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qalatasaray" səfərdə "AZ Alkmaar" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, "cimbom"un baş məşqçisi Okan Buruk matçdan sonra açıqlama verib.
Türkiyəli mütəxəssis ağır məğlubiyyət aldıqlarını bildirib:
"Bizim üçün pis gündür. Hər şeyi pis etdik. Rəqibə penalti hədiyyə etdik və bundan sonra qolların ardı gəldi gəldi. Çox kobud ötürmə səhvlərinə yol verdiyimiz bir matç oldu. Rəqibimizə öz əlimizlə şans verdik. Ağır məğlubiyyət aldıq. Heç nə deyə bilmərəm. Rəqibi təbrik edirəm. Onlar daha kompakt oynadılar. Heyətdə ciddi itkilərimiz var idi, amma bu bəhanə deyil. İndi Liqa matçına hazırlanacağıq və revanşa yalnız qələbə üçün çıxacağıq".
Bu, keçid dövrüdür. Bu prosesdəki ən çətin oyunumuz idi. Bu matçı keçsək, yolumuz çox aydın olacaqdı. Təəssüf ki, bu məğlubiyyət bizi çox yaraladı. Heyət dəyişikliyi bizim üçün hazırda başlayır. "Rizəspor" matçında transferləri oynatmaq şansımız olacaq".
Qeyd edək ki, qarşılaşma "Alkmaar"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- Mahir Emrelinin Bundesliqadakı taleyi bəlli oldu - ÖZƏL
- Qubada cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün nəzəri dərslərə start verilib - FOTO
- "Arsenal"ın idman direktoru Ferdi Kadıoğlunu izləyib
- Qurban Qurbanovu kövrəldən video: İspaniyada “Qarabağ”a sürpriz
- Bədavi Hüseynov: “Qızıl dubl” etmək istəyirik" - Müsahibə