Osimhenə Premyer Liqadan növbəti müştəri
27.03.2025 - 14:51
Osimhenə Premyer Liqadan növbəti müştəri

“Nottingem Forest” heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, klub icarə əsasında “Qalatasaray”da çıxış edən “Napoli”nin nigeriyalı forvardı Viktor Osimhenin xidmətində maraqlıdır.

“Nottingem Forest” 26 yaşlı hücumçu uğrunda mübarizədə “Mançester Yunayted” və PSJ ilə yarışacaq. İngiltərə təmsilçisi İtaliya klubuna 75 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, “Qalatasaray” Osimheni ötən ilin sentyabrında “Napoli”dən icarəyə götürüb.