Ozan Can Niderlandda belə fərqləndi
06.04.2024 - 14:54
Niderland birinci divizionunda 33-cü turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geydiyi “Eyndhoven” səfərdə “Oss”la qarşılaşıb. Görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Ozan Can da bu matçda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb. Millimizin üzvü 11-ci dəqiqədə fərqlənib. Bununla da, 25 yaşlı futbolçu cari mövsümdə 11-ci qolunu vurub.
Qeyd edək ki, 33 turdan sonra 38 xalı olan "Eyndhoven" hazırda turnir cədvəlində 20 komanda arasında 14-cüdür.
- “Araz-Naxçıvan”ın futbolçusu: “Bu nəticəni qazanan komanda zəif ola bilməz” - MÜSAHİBƏ
- Sterlinqin "Çelsi"dəki gələcəyi sual altındadır
- İslam Oyunları: Cüdoçumuz finala yüksəlib
- Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
- Emreli Xorvatiyada müzakirəyə çıxarıldı: “Bəzən burada olduğunu unuduruq”
0
0