Yunanıstanın PAOK klubu baş məşqçi Razvan Luçesku ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.
Rumıniyalı mütəxəssis 2017-2019 və 2021-2026-cı illərdə Saloniki təmsilçisini çalışdırıb.
57 yaşlı baş məşqçi PAOK-un tarixinin ən uğurlu dönəmlərindən birinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda iki dəfə Yunanıstan çempionu olub, iki dəfə isə ölkə kubokunu qazanıb. Klub açıqlamasında Luçeskunun PAOK tarixində xüsusi yer tutduğunu vurğulayıb.
Qeyd edək ki, PAOK 2025/26 mövsümünü Yunanıstan Superliqasında 3-cü pillədə başa vurub. Bu, Luçeskunun klubdakı son mövsümü olub.
- Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
- “Fənər” sabiq qolkiperini geri qaytarır - RAZILAŞMA ƏLDƏ OLUNUB
- Cüdoçularımız Avropa Kuboku turnirində iştirak edəcək
- Şəkidə cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramına start verilib - FOTO
- İspaniyalı futbolçu daha bir mövsüm bölgə klubunda çıxış edəcək