PAOK futbolçularını cərimələyib
05.10.2024 - 14:52
![PAOK futbolçularını cərimələyib](https://ww3.apasport.az/storage/news/2024/october/05/big/6701130e679ec6701130e679ed17281236626701130e679ea6701130e679eb.jpg)
Yunanıstanın təmsilçilərindən PAOK futbolçularına qarşı pul sanksiyaları tətbiq edib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, oyunçular zəif nəticələrə görə cərimələniblər.
Yunanıstan yığması ardıcıl 3 məğlubiyyət alıb.
Rusiyalı legionerlər – yarımmüdafiəçi Maqomed Ozdoyev və mərkəz hücumçusu Fedor Çalov da pul cəzasına məruz qalıb.
Qeyd edək ki, Yunanıstan çempionatının 6 turundan sonra komanda 13 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
0
0