Paytaxt klubunda 2 transfer birdən
01.07.2022 - 13:44
“Latsio” “Verona”nın hücumçusu Matteo Kançelyerini heyətinə qatıb.
Apasport.az saytının məlumatına görə, Roma klubu 20 yaşlı forvardı birillik icarəyə götürüb.
Paytaxt təmsilçisi gələn ilin yayında onu birbaşa transfer etmək hüququna malikdir.
Bununla kifayətlənməyən “Latsio” daha bir transferə yaxındır. “Barselona”nın yarımmüdafiəçisi Riki Puçun keçidi ilə bağlı klublar arasında ilkin razılıq olunub. O da böyük ehtimalla növbəti mövsümü icarə əsasında A seriyası komandasında keçirəcək.
Qeyd edək ki, ötən mövsüm Matteo Kançelyeri 12 oyunda, Riki Puç isə 15 oyunda 1 qol vurub.
- “Kəpəz”in "Zirə" ilə matçda zədələnən futbolçusunun son durumu açıqlanıb
- "Şerif" – "Partizan" oyunu təhlükəsizliyə görə azarkeşsiz keçiriləcək
- Hacı Əliyev: "Qalib gəlsəm, mənim üçün gözəl uğur olacaq"
- Ayxan Abbasov üçün əlamətdar matç
- Basketbolçularımız Dünya Seriyasının final mərhələsində ilk qələbəsini qazanıb
0
0