Pelenin dəfn olunacağı gün açıqlandı
30.12.2022 - 10:56

Dünya futbolunun əfsanəsi Pelenin dəfn mərasiminin vaxtı açıqlanıb.
Apasport.az xəbər verir ki, futbol kralı ilə vida yanvarın 3-də uzun müddət şərəfini qoruduğu “Santos” klubunun stadionunda keçiriləcək.
Mərasimdən sonra cənazə 100 yaşlı anası Seleste Arantesin evinə aparılacaq. 82 yaşında vəfat edən Pele Santos şəhərindəki “Memorial Necropolis Ecumenica” qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Pele bir gün öncə ölüb.
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Tovuzda hesab açılmadı - YENİLƏNİB
- Azərbaycan və Özbəkistan Dünya Çempionatı üçün birgə namizədliklərini irəli sürüblər
- Ozan Can Kökçü: "Helsinki" ilə müqavilə imzaladığım üçün xoşbəxtəm" - Açıqlama
- "Qalatasaray" derbidə əzəli rəqibinə "toy tutdu"
0
0