Penyanın yeni klubu müəyyənləşdi
17.06.2022 - 23:24

“Vilyarreal”la müqaviləsi başa çatan Ruben Penyanın yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Osasuna”ya keçib.
30 yaşlı futbolçu azad agent kimi yeni klubuna qoşulub. Onunla 3 illik müqavilə imzalanıb. Ruben 2025-ci ilin yayına qədər Pamplona təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Penyanın müqaviləsində sərbəstqalma məbləği kimi 15 milyon avro göstərilib.
- Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamaq üçün müzakirə edəcəyimiz məqamlar var”
- Qurban Qurbanov: "Juninyonun transferi Azərbaycan futbolu üçün önəmli hadisə olacaq"
- DÇ-2022-yə doğru: Mundialın qocaları - ADLAR
- Arif Rəhimov BŞH-ın icraçı direktoru vəzifəsindən azad edildi
- Mahir komandasının kollektiv məşqinə qatılmayıb
0
0