“Bavariya”nın prezidenti: “Biz Devisi saxlamaq istəyirik”
13.11.2023 - 17:33
![“Bavariya”nın prezidenti: “Biz Devisi saxlamaq istəyirik”](https://ww3.apasport.az/storage/news/2023/november/13/big/6552023b608ae6552023b608af16998733396552023b608ac6552023b608ad.png)
“O, 2025-ci ilin iyununa qədər müqavilə əsasında bizimlədir”.
Apasport.az xəbər verir ki, bunu “Bavariya”nın prezidenti Herbert Hayner deyib.
O, komandanın müdafiəçisi Alfonso Devis haqqında açıqlama verib: “Dünyanın ən yaxşı sol cinah müdafiəçilərindən biridir. Əlbəttə, biz Devisi saxlamaq istəyirik. Ümid edirəm ki, o da qalmaq fikrindədir".
Qeyd edək ki, 23 yaşlı sol cinah müdafiəçisinin Madrid “Real”ına keçidi gözlənilir.
0
0