Pepe daha bir il “Porto”da
24.04.2023 - 14:09
![Pepe daha bir il “Porto”da](https://ww3.apasport.az/storage/news/2023/april/24/big/64464c61bf8d064464c61bf8d1168232867364464c61bf8ce64464c61bf8cf.jpg)
Portuqaliya millisinin futbolçusu Pepenin gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 40 yaşlı müdafiəçi “Porto”dakı çıxışını davam etdirəcək.
Pepe klubu ilə müqaviləni uzadıb. Yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, müdafiəçinin indiki sözləşməsi mövsümün sonunda başa çatmalı idi.
0
0