Portuqaliya millisinin üzvü Türkiyə nəhənglərinin radarında
09.03.2026 - 15:26
"Mançester Siti”nin futbolçusu Bernardo Silvaya Türkiyədən daha bir təklif gəlib.
Apasport.az xəbər verir ki, “Qalatasaray”dan sonra “Fənərbaxça” da 31 yaşlı yarımmüdafiəçi üçün hərəkətə keçib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
“Şəhərlilər”lə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq Silva hələlik qərarını verməyib.
“Qalatasaray” da futbolçuya 2 illik müqavilə təklif edib. Silva mövsüm bitdikdən sonra yekun qərarını verəcək.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü karyerası ərzində “Benfika” və “Monako” klublarında da çıxış edib.
- Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
- Adil Şükürov: “Sabah” daha yüksək yerlərdən birində olmalı idi”
- "Prezident Kuboku 2026" beynəlxalq reqatasının püşkatma mərasimi keçirilib
- Azər Bağırov: "Bu gün penaltini vursaydıq, oyun fərqli məcrada keçərdi"
- "Sabah”dan xal itkisi - YENİLƏNİB
0
0