Premyer Liqa çempionunda 6 illik müqavilə
04.07.2022 - 13:13

“Mançester Siti” daha bir transferini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa çempionu “Lids”in dayaq yarımmüdafiəçisi Kalvin Fillipsi heyətinə qatıb.
27 yaşlı futbolçu “şəhərlilər”lə 6 illik müqavilə imzalayıb. Bu keçid “Lids”ə 42 milyon funt sterlinq qazandırıb. Oyunçunun performansına görə “Mançester Siti” qarşı tərəfə əlavə bonuslar da ödəyə bilər.
Qeyd edək ki, “Lids”in yetirməsi olan Kalvin Fillips 2020-ci ildən İngiltərə millisinin formasını geyinir.
- Azərbaycan Atletika Federasiyasının rəsmisi komissiya sədri seçilib
- "Mançester Siti" "Liverpul"u İngiltərə kubokundan kənarlaşdırdı
- Ölkə çempionatına maaş limiti tətbiq ediləcək - YENİLİK
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
- “Qalatasaray”dan darmadağın
0
0