Premyer Liqa klublarının gözü “Barselona”da
06.09.2022 - 16:05
“Barselona”nın futbolçusu Frenki de Yonqun İngiltərə klublarından birinə keçidi qış transfer pəncərəsində reallaşa bilər.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” və “Çelsi” niderlandlının xidmətində hələ də maraqlıdır.
Yayda aldığı təklifləri rədd edən Frenki “Barselona”da qalmağa üstünlük verib. Premyer Liqa qarşıdakı aylarda vəziyyətin dəyişə biləcəyinə ümid edir.
Düzdür, hər iki komanda yarımmüdafiəçi alıb. Amma ingiltərəlilər de Yonqu da heyətinə qatmağın əleyhinə deyil.
Qeyd edək ki, “Mançester Yunayred” Kazemironu, “Çelsi” Denis Zakarianı transfer edib.
- Ayxan Abbasov: “Şamaxı”dan rahat gedirəm”
- Dortmund klubu "Çelsi"nin transfer hədəfi üçün 70 milyon avro tələb edir
- Rəşad Sadıqov: “Maraqlı və gərgin çempionat alındı”
- İslandiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı bəlli olub
- Argentina millisinin sabiq futbolçusundan azərbaycanlı müğənniyə MESAJ - FOTO
0
0