Premyer Liqa klubu hücumçusunu yenidən icarəyə verdi
30.08.2023 - 11:44
“Vulverhempton”un futbolçusu Qonsalo Qedeş karyerasını Portuqaliyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, hücumçu yenidən “Benfika”ya icarəyə verilib.
26 yaşlı portuqaliyalının icarə müqaviləsi 2023/24 mövsümünün sonunadək nəzərdə tutulub. O, son altı ayı da Lissabon təmsilçisində keçirib. “Benfika” Qedeşi yanvarda yarım illik icarəyə götürmüşdü.
Qeyd edək ki, Qonsalo “Benfika”da 15 matçda 2 qol vurub.
- Bax: “Bakı Dünya Taekvondosunun 50 illik yubileyini qeyd etmək üçün əlamətdar bir məkandır”
- Təmsilçilərimiz İstanbulda 4 medal qazanıb
- Qabon millisinə çağırılan “Zaqatala”lı: “Buna çox inanırdım” - Müsahibə
- ÇL: "Napoli" səfərdə, “Nyukasl” evdə məğlub oldu - YENİLƏNİB
- Ulduz futbolçu “Qarabağ” yolunda - EKSKLÜZİV
0
0