Premyer Liqa klubundan rekord transfer
20.08.2024 - 11:15
İngiltərə Premyer Liqa komandalarından "Brayton" "Lids"dən Corcinio Rutteri heyətinə qatıb.
Apasport.az xəbər verur ki, “Brayton” bu transferlə klub rekordunu qırıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
İngiltərə klubu Rutter üçün "Lids"ə 40 milyon funt-sterlinq sərbəst buraxılma məbləği ödədi.
Beləliklə, "Brayton" klub tarixinin ən bahalı transferini həyata keçirib.
Qeyd edək ki, Premyer Liqa komandasının bu yay 7 transfer üçün ödədiyi ümumi transfer haqqı 145 milyon funt-sterlinqə çatıb.
- Mikautadzedən "Qalatarasay" açıqlaması
- Millimiz Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçında da uduzub
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
- Yığmamızın futbolçusu Türkiyə Super Liqası klubunda
- “Leççe”dən “Mançester Yunayted”ə rədd cavabı
0
0