Premyer Liqa tarixində 3-cü
08.12.2023 - 12:54
“Vest Hem”in futbolçusu Cerrod Bouen Premyer Liqada keçirdiyi ardıcıl 7-ci səfər oyununda qol vurub.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi yarışın tarixinə bunu bacaran üçüncü oyunçu kimi düşüb.
Ona qədər yalnız Robin van Persi və Serxio Aquero ən azı 7 səfər görüşünü qolsuz tərk etməyib. “Arsenal” və “Mançester Yunayted”in sabiq hücumçusu 9 matçlıq seriya ilə mütləq rekordçudur. “Mançester Siti”də oynamış argentinalı isə Bouen kimi 7 dəfə fərqlənib.
Qeyd edək ki, Cerrod 2020-ci ildə “Hall Siti”dən “Vest Hem”ə keçib.
- Konte: “Qarabağ” Çempionlar Liqasının sürpriz komandasıdır”
- Millimiz ingilisləri belə məğlub etdi - VİDEO
- ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
- ABŞ-da Messinin şərəfinə bunu da etdilər - FOTO
- Murad Məmmədov: "Emin Mahmudov və Rəhman Hacıyevin oyunlarına baxa-baxa böyümüşəm" - MÜSAHİBƏ
0
0