PSJ-nin 18 yaşlı futbolçusu Qətərdə
19.09.2023 - 13:13
![PSJ-nin 18 yaşlı futbolçusu Qətərdə](https://ww3.apasport.az/storage/news/2023/september/19/big/650963497879d650963497879e1695114057650963497879b650963497879c.png)
PSJ-nin futbolçusu İlyes Usni karyerasını Qətərdə davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, 18 yaşlı fransalı hücumçu “Əl-Sədd”lə anlaşıb.
Fransanın gənclərdən ibarət millisinin də şərəfini qoruyan gənc forvard Asiya təmsilçisində icarə əsasında çıxış edəcək. Paytaxt klubunun əsas komandasında 2 oyun keçirən İlye, PSJ-nin U19 kolektivi ilə 28 matçda 30 qol vurub.
Qeyd edək ki, “Transfermarkt” portalında oyunçunun qiyməti 3,5 milyon avrodur.
0
0