Türkiyənin “Qalatasaray” klubu ukraynalı futbolçuya elçi düşüb.
Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi “Dnepr-1”dən Artyom Dovbiku heyətə cəlb etmək istəyir.
189 sm boya malik olan 25 yaşlı hücumçu komandasının heyətində keçirdiyi 67 matçda 40 qol və 11 assistlə yadda qalıb.
Oyunçunun “Fənərbaxça” və Beşiktaş”ın da transfer siyahısında yer aldığı bildirilir.
Qeyd edək ki, “cim-bom”un hücumçularından fransalı Bafetimbi Qomisin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir. Həmçinin Portuqaliya “Benfika”sından icarəyə götürülən Haris Seferoviçin oyunu isə məşqçilər korpusunu qane etmir.
- Böyükağa Ağayev: “Faciəyə çevrilir, sanki dünyanın sonudur” - MÜSAHİBƏ
- Fransa millisinin üzvü “Liverpul” yolunda
- "Fənər"dən sonra “Beşiktaş” da Azərbaycanı təbrik edib - YENİLƏNİB
- Portuqaliya irəlilədi, Azərbaycan mövqeyində qaldı - UEFA REYTİNQİ
- “Barselona” müdafiəçisi ilə müqaviləni uzatdı: Xüsusi bənd əlavə olundu