"Qalatasaray" - "Fənərbaxça" oyununun hakimi bəlli oldu
04.04.2024 - 14:20
!["Qalatasaray" - "Fənərbaxça" oyununun hakimi bəlli oldu](https://ww3.apasport.az/storage/news/2024/april/04/big/660e7f7b612c6660e7f7b612c71712226171660e7f7b612c2660e7f7b612c5.jpg)
Türkiyə Futbol Federasiyası Superkubokun finalında "Qalatasaray" - "Fənərbaxça" matçını idarə edəcək hakimləri açıqlayıb.
Apasport.az xəbər verir ki, 7 apreldə baş tutacaq görüşün baş hakimi Volkan Bayarslan olacaq.
Ona Serkan Ok və Serkan Olguncan kömək edəcəklər. Oyunun dördüncü ədalət təmsilçisi funksiyasını isə Burak Şeker yerinə yetirəcək.
0
0