“Qalatasaray” İtaliya millisinin futbolçusunu gətirir
07.02.2023 - 11:01

“Qalatasaray” “Roma”nın futbolçusu Nikolo Zaniolonu transfer etməyə hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, İstanbul klubu İtaliya millisinin də şərəfini qoruyan 23 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidi müqabilində italiyalılara 22 milyon avro ödəyəcək.
“Cim-bom”la 2027-ci ilin yayına kimi müqavilə imzalayacağı gözlənilən gənc futbolçu illik 3,6 milyon avro əməkhaqqı alacaq.
Qeyd edək ki, “Roma”da baş məşqçi Joze Maurinyo ilə yola getməyən Nikolonu İngiltərə və İtaliyanın bir çox komandaları heyətdə görmək istəyir.
- TFF Merih Demiralın diskvalifikasiyasını təkzib edib
- “Kəpəz”in kapitanı: “Neftçi” ilə matçdakı ilk qələbədən sonra demişdim ki…”
- Rumıniya – Kosova matçında siyasi şüarlar qalmaqalı
- Slovakiyalı futbolçu: “Favoritlərin problemləri artır”
- Paris-2024-də ölkəmizi təmsil edən Azərbaycan millisi vətənə dönüb
0
0